Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 24 nəqliyyat vasitəsi satılıb

10-01-2024, 11:52 4 dəfə baxılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 24 nəqliyyat vasitəsi satılıb.

Bu barədə "Report"a Dövlət Xidmətindən bildirilib.

Hərraca çıxarılan “Toyota Corolla” markalı avtomobilin start qiyməti 6 750 manat olsa da, son təklif 13 500 manata yüksəlib. Start qiyməti 8 000 manat olan “Nissan Patrol” markalı nəqliyyat vasitəsi isə 14 800 manata özəlləşdirilib.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/37aiHY linki vasitəsilə tanış olmaq olar.

Hərraclarda iştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və yaxud Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i qədər behi ödəyərək iştirakçı statusu əldə etmək olar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930