Ottava Kiyevə öz istehsalı olan 800-dən çox dron göndərəcək

20-02-2024, 13:53 3 dəfə baxılıb

Ottava Ukraynaya əlavə yardım paketinin bir hissəsi olaraq Kiyevə öz istehsalı olan 800-dən çox dron göndərəcək.

Bu barədə ölkənin müdafiə naziri Bill Bler məlumat verib.

“Ümumi dəyəri təxminən 95 milyon dollar olan dronlar baş nazirin (Castin Trüdo) keçən ilin iyun ayında Kiyevə səfəri zamanı təqdim etdiyi 500 milyon dollar paketdən ödəniləcək”, - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, söhbət Kanadada istehsal olunan “SkyRanger R70” dronlarından gedir. Bu dronlar hədəfləri aşkar və identifikasiya etmək üçün müxtəlif kamera sistemlərinə malik ola bilirlər. Kanadanın bu dronları aprelin əvvəlinə qədər Ukraynaya çatdıracağı gözlənilir.

Bler, həmçinin Kanadada hərbi təyinatlı məhsulların istehsalının artırılmasının zəruriliyindən də danışıb və vurğulayıb ki, istehsal müdafiə deməkdir.

2022-ci ilin fevral ayından Kanada Ukraynanın dəstəklənməsi üçün artıq 9,7 milyard dollar, o cümlədən 2,4 milyard dollar hərbi yardıma xərcləyib.

Mənbə: CTV






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031