Kanada Ukraynaya 800-dən çox dron ianə edəcək

20-02-2024, 09:00 8 dəfə baxılıb

Kanada Ukraynaya 800-dən çox “SkyRanger R70” çoxməqsədli pilotsuz uçuş aparatları bağışlayacaq.

“Azerinews.az” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Kanadanın müdafiə naziri Uilyam “Bill” Bler bildirib.

Ontario ştatının Vaterloo şəhərindəki “Teledyne” şirkətindən alınmış dronların dəyəri 95 milyon Kanada dollarından (70,44 milyon ABŞ dolları) çox qiymətləndirildiyi vurğulanaraq ianənin Baş nazir Castin Trüdonun elan etdiyi 500 milyon Kanada dolları məbləğindəki hərbi yardımla maliyyələşdirildiyi qeyd edilib.

“Bugünkü elan Ukraynanı döyüşlər üçün kritik olan hədəfləri aşkar etmək və müəyyən etmək üçün lazım olan dronlara malik olmasını təmin edir. Kanada nə qədər lazımdırsa, Ukraynanın yanında olacaq”, – Bler söyləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031