Rusiyada qadın məhbuslar müharibəyə cəlb olunur

20-02-2024, 22:00 3 dəfə baxılıb

Rusiyada müharibəyə qadın məhbuslar da cəlb olunur.

"Azerinews.az" xəbər verir ki, bu barədə jurnalistlərə Leninqrad vilayətinin Ulyanovka kəndinin 2 saylı cəzaçəkmə koloniyasının keçmiş məhbusları bildiriblər. Rusiya və Ukraynanın bəzi Teleqram kanalları da belə xəbər yayıb.

Qadınların sözlərinə görə, Müdafiə Nazirliyinin nümayəndələri bir neçə dəfə koloniyaya gəliblər.

Qadın məhbuslara amnistiya vəd edilməklə bir illik müqavilələr, o cümlədən snayperlər kimi müharibəyə getmək təklif edilib.

Deyilənə görə, 20-50 qadın razılaşıb, amma indiyədək onların heç biri koloniyadan götürülməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031