Ermənistanın Fransadan aldığı radarlar bu gün çatdırılacaq

22-02-2024, 15:06 3 dəfə baxılıb

 

Ermənistanın Fransadan aldığı radar və gecəgörmə cihazlarının ilk partiyası bu gün ölkəyə çatdırılacaq.

"Azerinews.az” xəbər verir ki, bu barədə məlumatı Fransanın “Le Figaro” qəzeti yayıb. 

Məlumata görə, sözügedən cihazlar iki ölkə arasında 2023-cü ilin oktyabrında imzalanan memorandum çərçivəsində göndəriləcək. 

Sənədə 3 ədəd “Ground Master” (GM200) radarlarının, eləcə də gecəgörmə cihazlarının alınması ilə bağlı müqavilələr də daxildir. 

Bildirilir ki, “Thales” şirkətinin istehsal etdiyi radarlar 250 kilometr radiusda hava obyektlərinin tanınmasına imkan verir.

Xatırladaq ki, Fransanın müdafiə naziri Sebastyan Lekornu bu gün İrəvana rəsmi səfər edəcək. O, Ermənistana səfər edəcək Fransanın ilk müdafiə naziri olacaq.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031