Ağ Ev ABŞ-nin Ukraynaya yardım üçün resurslarının tükənəcəyi barədə xəbərdarlıq edib

4-12-2023, 15:07 4 dəfə baxılıb

Ağ Evin İdarəetmə və Büdcə Departamentinin rəhbəri Şalanda Yanq ABŞ-nin bu ilin sonuna qədər Ukraynaya yardım üçün resurslarının tamamilə tükənəcəyi barədə xəbərdarlıq edib.

"Azerinews.az" “Bloomberg”ə istinadən xəbər verir ki, o, bu barədə Konqresə məktub göndərib.

“Bizim bu vəziyyətin öhdəsindən gəlmək üçün sehrli bir maliyyə qazanımız yoxdur. Pulumuz da, demək olar, vaxtımızda tükənib”, - o bildirib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V. Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930