Hindistanda silahlı qruplaşmalar arasında atışma olub, azı 13 nəfər ölüb

4-12-2023, 17:21 1 dəfə baxılıb

Hindistanın Manipur vilayətində baş verən atışma nəticəsində azı 13 nəfər ölüb.

"Azerinews.az" xəbər verir ki, bu barədə “The Indian Express” nəşri məlumat yayıb.

Bildirilib ki, Leythu yaşayış məntəqəsində iki naməlum silahlı qruplaşma arasında atışma olub. Polis bir neçə saatdan sonra hadisə yerinə çata bilib. Hadisə yerində 13 nəfərin meyiti tapılıb, onların şəxsiyyəti müəyyənləşdirilir.

Xatırladaq ki, Manipurda bu ilin mayından bəri etnik münaqişə başlayıb. O vaxt bu ştatdakı meytey etnik qrupunun üzvləri bir sıra imtiyazlarla kasta statusu tələb ediblər. Lakin bu, ştat əhalisinin əksəriyyətini təşkil edən kuki qəbiləsinin etirazına səbəb olub. Mayın əvvəlində kukilərə məxsus təşkilatlar yürüşlər keçiriblər. Bundan sonra iki etnik qrupun nümayəndələri arasında kütləvi toqquşmalar baş verib. Millətlərarası zorakılığın ən aktiv mərhələsi elə həmin ayda baş verib. Bu günə qədər qarşıdurmalarda azı 180 nəfər ölüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930