Fransa Baş naziri də Ukraynaya hərbçilərin göndərilməsini istisna etməyib

27-02-2024, 13:10 4 dəfə baxılıb

Prezident Emmanuel Makrondan sonra Fransa Baş naziri Qabriel Attal da Ukraynaya hərbçilərin göndərilməsini istisna etməyib.

"Azerinews.az" AFP-yə istinadən xəbər verir ki, Baş nazir Qabriel Attal bildirib ki, Rusiyanın Ukraynada qələbəsinin qarşısını almaq üçün Qərbin səylərində hər şey masadadır.

“Müharibədə heç nəyi istisna edə bilməzsiniz”, - Makronun Qərbin quru qoşunlarının Ukraynaya göndərilməsinin istisna edilmədiyini söyləməsindən bir gün sonra danışan Baş nazir Attal deyib.

O əlavə edib ki, quru qoşunlarının hər hansı "rəsmi" yerləşdirilməsi ilə bağlı "konsensus" yoxdur.

“Ancaq heç bir dinamikanı istisna etmək olmaz. Biz Rusiyanın bu müharibədə qalib gələ bilməməsi üçün əlimizdən gələni edəcəyik”, - Baş nazir vurğulayıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031