Cinsi azlıq nümayəndəsi olduğu bildirilən Baş naziri Paşinyan Ermənistana səfərə dəvət edib

11-01-2024, 15:55 9 dəfə baxılıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Qabriel Attalı Fransanın yeni Baş naziri təyin edilməsi ilə əlaqədar təbrik edib.

“azerinews.az” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb. 

O, həmçinin fransalı həmkarını Ermənistana səfərə dəvət edib.

Xatırladaq ki, yanvarın 9-u Q.Attal Elizabet Bornun istefasından sonra Fransanın yeni Baş naziri təyin edilib. 34 yaşlı Attal ölkə tarixində ən gənc Baş nazir olub. O bu təyinata qədər Fransanın təhsil naziri idi. 

Qeyd edək ki, Qabrial Attal Fransa Prezidentinin yaxın tərəfdaşı, ölkənin cinsi azlıq nümayəndəsi olduğu bildirilən ilk Baş naziridir. Onun Stejan Sejourne ilə vətəndaş nikahında olduğu deyili.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031