Lavrov Fidanla bunları müzakirə edəcək
Rusiya xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatik Forumunda türk həmkarı Hakan Fidan ilə Ukrayna münaqişəsinin mümkün həlli prinsiplərini müzakirə edəcək.
“Azerinews.az" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Açıqlamaya görə, 1-2 mart tarixlərində Antalya Diplomatik Forumu çərçivəsində XİN başçıları Ukrayna münaqişəsinin mümkün həlli prinsiplərini müzakirə edəcək. Lakin danışıqlar tərəflərin maraqlarını nəzərə alınması əsasında baş tutacaq:
“Nazirlər Ukrayna daxilindəki böhranın hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparacaq, münaqişə zonasında mövcud vəziyyəti təhlil edəcək və münaqişənin sülh yolu ilə həlli prinsiplərini müzakirə edəcək”, - məlumatda deyilir.