Moskvada Aleksey Navalnının dəfn mərasimi keçirilir - VİDEO

1-03-2024, 16:57 6 dəfə baxılıb

 Moskvada həbsxanada həyatını itirən rusiyalı müxalifətçi Aleksey Navalnının dəfn mərasimi keçirilir.

Məlumata görə, onun dəfninə yüzlərlə insan gəlib. Onlar mərhum siyasətçinin tabutunu “Navalnı” qışqıraraq alqışlayıblar.

Mərhumla vida mərasimi bitəndən sonra onu bu gün ziyarət üçün bağlı olan Borisovski qəbiristanlığında dəfn edəcəklər.

Qeyd edək ki, 19 il müddətinə azadlıqdan məhrum edilən rusiyalı müxalifətçi Aleksey Navalnı Yamalo-Nenetsk Muxtar Dairəsinin Karp qəsəbəsində yerləşən cəzaçəkmə koloniyasında fevralın 16-da vəfat edib.

Mənbə: meduza.io






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930