Ərdoğandan Şərifə təbrik: Regional məsələlər müzakirə edildi

4-03-2024, 10:59 1 dəfə baxılıb

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifə zəng edərək onu yenidən ölkənin baş naziri seçilməsi münasibətilə təbrik edib.

Bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya idarəsi məlumat yayıb.

Qeyd olunub ki, telefon danışığında Türkiyə - Pakistan əlaqələri, regional və qlobal məsələlər müzakirə edilib.

Eyni zamanda, Ərdoğan Şahbaz Şərifi yenidən baş nazir seçilməsi münasibətilə təbrik edib və yeni dövrdə Türkiyə ilə Pakistan arasında əlaqələrin daha da dərinləşəcəyinə və inkişaf edəcəyinə inandığını bildirib.

Prezident Ərdoğan Pakistanda törədilmiş terror aktlarını pislədiyini vurğulayıb və Pakistan xalqına başsağlığı verib.

Xatırladaq ki, martın 3-də Şahbaz Şərif yenidən Pakistanın baş naziri seçilib. Şahbaz Şərif 2022-ci ilin aprelindən 2023-cü ilin avqustunadək ölkənin baş naziri olub. O vaxtdan bəri hökumətin başında müvəqqəti olaraq Ənvər-ül Haq Kakar olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930