Azərbaycan Respublikasının Pakistandakı səfirliyi bu ölkənin aparıcı beyin mərkəzlərindən olan Müslüm İnstitutu ilə birgə Pakistan Milli Kitabxanasında Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan seminar təşkil edib.
Səfirlikdən APA-ya verilən xəbərə görə, tədbirdə Pakistan Senatının Müdafiə Komitəsinin sədri senator Müşahid Hüseyin Seyid, İnsan Hüquqları komitəsinin sədri senator Valid İqbal, xarici ölkələrin səfirləri və diplomatları, Pakistanın müxtəlif beyin mərkəzlərinin və universitetlərinin rəhbər heyətləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Xocalı soyqırımı ilə bağlı geniş məlumatları özündə əks etdirən videoçarx nümayiş olunub.
Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov tədbirdə çıxış edərək bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımının 32-ci ildönümünün anıldığını qeyd edib.
Azərbaycan xalqının erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qaldığını bildirən səfir Xocalı soyqırımından söz açıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq normalarını pozaraq keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı ilə birlikdə Xocalıya hücum edərək bu şəhəri yerlə-yeksan etdiyini vurğulayıb. Dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini, 487 nəfərin şikəst edildiyini, 1275 sakinin girov götürülərək amansız işgəncələrə məruz qaldığını, girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyinin bu günədək məlum olmadığını diqqətə çatdırıb.
X.Fərhadov məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü əsasında Azərbaycan Milli Məclisinin 1994-cü ildə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdiyini, 26 fevral tarixinin “Xocalı Soyqırımı Günü” elan olunduğunu və faciə haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırıldığını vurğulayıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət!” beynəlxalq kampaniyasına toxunan səfir bu istiqamətdə Fond tərəfindən dünyada aparılan genişmiqyaslı fəaliyyətdən bəhs edib və Xocalı faciəsinin Pakistan daxil olmaqla, bir sıra dövlətlər və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanındığını qeyd edib. Səfir çıxışı əsnasında həmçinin Xocalı faciəsini törədənlərin və səbəbkarların məsuliyyətə cəlb olunmasının vacibliyini diqqətə çatdırıb.
X.Fərhadov 44 günlük Vətən müharibəsindən, eləcə də 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilmiş antiterror əməliyyatlarından danışaraq Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun erməni işğalına son qoyduğunu, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin etdiyini diqqətə çatdırıb.
Səfir 2023-cü ilin 15 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı şəhərinə səfərini və orada Azərbaycan bayrağını ucaltmasını xüsusilə qonaqların diqqətinə çatdırıb.
İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Xocalıda aparılan bərpa və quruculuq işlərinə toxunan səfir “Böyük Qayıdış” proqramı çərçivəsində Xocalı sakinlərinin 2024-cü il ərzində öz evlərinə qayıdacağını vurğulayıb.
Pakistan Senatının Müdafiə Komitəsinin sədri Müşahid Hüseyin Seyid və İnsan Hüquqları Komitəsinin sədri Valid İqbal tədbirdə çıxış edərək 1992-ci ilin fevral ayında Ermənistan tərəfindən Xocalı şəhərində törədilmiş soyqırımdan danışıb və insanlığa sığmayan bu dəhşətli cinayət əməllərini qəti şəkildə pisləyiblər. Senatorlar Pakistan Senatı tərəfindən Xocalı soyqırımı ilə bağlı müxtəlif qətnamələrin qəbul edildiyinə toxunaraq Azərbaycan ilə həmrəylik nümayiş etdirdiklərini vurğulayıblar. Azərbaycanın artıq öz torpaqlarını işğaldan azad etdiyini bildirərək Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ölkənin ərazi bütövlüyü və suverenliyinin bərpası, eləcə də milli maraqları naminə apardığı müdrik siyasətə heyran olduqlarını dilə gətiriblər. Çıxışlarının sonunda Xocalı qurbanlarının xatirəsini ehtiramla yad etdiklərini ifadə ediblər.
Türkiyənin Pakistandakı səfiri Mehmet Paçacı, Müslüm İnstitutunun rəhbəri Sahibzadə Sultan Əhməd Əli, Cənubi Asiya və Beynəlxalq Araşdırmalar Mərkəzinin prezidenti ehtiyyatda olan general mayor Xalid Əmir Cefri, ekspert Prof. Dr. Tuğral Yamin seminarda çıxış edərək Xocalı soyqırımı barədə danışıb, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etdiklərini bildiriblər. Dinc insanlara qarşı törədilmiş bu soyqırımının təkcə Azərbaycana qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu vurğulayan məruzəçilər beynəlxalq ictimaiyyəti bu mənfur əməllərə görə Ermənistanı qınamağa çağırıblar.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Ukraynada Heydər Əliyevin adına poçt marka dəsti dövriyyəyə buraxılıb
Cinayət-Prosessual Məcəlləyə iki fəsil əlavə edildi
Heydər Əliyev Mərkəzində “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisinin açılışı olub
Xankəndidə Azərbaycan Ordusu gənclərinin forumu keçirilib - VİDEO
Almaniyada Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı aksiya - Fotolar
DÇ-2026: Bürünc medal uğrunda İngiltərə–Fransa dueli
ANAMA kollektivi Heydər Əliyevin məzarını ziyarət edib
Bazar günü Bakıda 33 dərəcə isti olacaq
“Tasnim”: ABŞ-ın Hörmüzqan vilayətinə hücumunda 8 mülki şəxs ölüb
Bəhreyn İranın bir neçə hava zərbəsinin qarşısını aldığını bildirib
Küveytdə İranın zərbələrindən sonra elektrik stansiyası və duzsuzlaşdırma zavodu yanıb
İranın hücumlarına görə Küveyt aeroportunda bütün uçuşlar dayandırılıb
Ukrayna Tambov vilayətində logistika mərkəzini vurub, 7 nəfər ölüb
BDYPİ bütün yol hərəkəti iştirakçılarını diqqətli və məsuliyyətli olmağa çağırıb
Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşır
Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər
Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib
Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq
İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb
Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib
Bakının bir sıra yollarında tıxac yaranıb
İranda təxirə salınan quru əməliyyatı – İslam Respublikası hələ Venesuela deyil - ŞƏRH
Zelenski: Klimenko Ukraynanın müdafiə naziri postuna namizədlərdən biridir
Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq
Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb
Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Şəmkirdə 11 nəfər salatdan zəhərləndi
Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb
"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır
"Islamabad Post": IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub
Sabahdan Bakıda və rayonlarda külək güclənəcək
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Pelleqrini və Əsədov Slovakiya şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsini müzakirə ediblər
Bəhreyndə İranın dron və raket zərbələrinin dəf edildiyi bildirilib
Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq
Səfir: "Bir millət, iki dövlət" anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı
Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
İlham Əliyev Ərdoğana Türkiyədə "Demokratiya və Milli Birlik Günü" münasibətilə məktub ünvanlayıb
Kamran Əliyev Kəlbəcərdə vətəndaşları qəbul edəcək
Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib
Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır
Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb
UEFA reytinqi: "Sabah" Azərbaycanın əmsalını daha da artırıb
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib
Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb
Səhiyyə nazirinə yeni müavin təyin edilib
1 yaşlı qız yüksək hərarətdən vəfat etdi
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
Bu il “Avroviziya”nın 2-ci yarımfinalında çıxış edəcəyik - Fotolar
Elşad Xose həbs edildi.