Ağadadaş Ağayev məhkəməyə gəlmədi - Həbsi tələb olundu

31-10-2024, 16:13 3 dəfə baxılıb

Ağadadaş Ağayev məhkəməyə gəlmədi - Həbsi tələb olundu

 
Tərəflərdən biri xalq artisti Ağadadaş Ağayev olan insidentlə bağlı məhkəmə prosesi başlayıb.

Müğənni balta atdığı “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilovla birgə mühakimə ediləcək.

Amma təqsirləndirilən Xalq artisti ilk məhkəməsinə gəlməyib. O, məhkəməyə səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyi ilə bağlı teleqram göndərib. 

Onu ilk iclasda vəkili Asim Abbasov təmsil edib. Vəkil prosesin təxirə salınmasını xahiş edib.

Zərərçəkmiş şəxsin vəkili Gülşən Salmanova isə Ağadadaş Ağayevin məhkəməyə gəlməməsinə etiraz edib. Onun barəsində həbs qətimkan tədbiri seçilməsini tələb edib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər ikisi də azadlıqdadır. Onlar barəsində ibtidai istintaqın əvvəlində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdi. 

Hakim Vüsal Tağıyevin araşdıracağı işdə Ağadadaş Ağayevin atdığı baltanın dəydiyi “Medera Hospital”ın təmizlikçisi Nəzakət Paşayeva zərərçəkmiş qismində tanınıb.

Təqsirlındirilən şəxslərə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 2 ildən 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.(Qafqazinfo)



 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031