Bill Qeyts Markın geyimlərini bəyənir - Fotolar

4-03-2024, 23:30 0 dəfə baxılıb

 

Amerikalı tanınmış biznesmen Bill Qeyts “Meta” şirkətinin qurucusu, milyarder Mark Zukerberqlə görüşüb.

“Azerinew.az” “Hindistan Times”a istinadən xəbər verir ki, biznesmenlərin görüşü Hindistanın Camnaqar şəhərində baş tutub.

Belə ki, milyarderlər hindistanlı iş adamı Mukeş Ambaninin oğlu Anant Ambani ilə Radhika Merchantın iyul ayında baş tutacaq toyları ilə bağlı keçirilən şənlikdə bir araya gəlib. 

Qeyts Zukerberqlə birgə fotosunu öz sosial media hesablarında paylaşaraq onun geyimini bəyəndiyini vurğulayıb: “Sənin tədbirlərdə geyim seçimin hər zaman əla olub”. Sözügedən foto sosial şəbəkələrdə maraqla qarşılanıb. 

Xatırladaq ki, Hindistanın ən varlı iki ailəsini təmsil edən Anant Ambani ilə Radhika Merchantın toyu ilə bağlı şənliklər martın 1-i başlayıb və ayın 3-nə qədər davam edib. Şənliyə 1000-ə yaxın tanınmış qonaq dəvət edilib. Tədbirdə ulduz müğənni Rihanna da səhnə alıb.









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930