HƏMAS İsrail ərazisinə indiyə qədər 12 minə yaxın raket buraxıb

6-12-2023, 17:17 2 dəfə baxılıb

"HƏMAS oktyabrın 7-dən indiyə kimi İsrailə 11,5 mindən çox raket atıb, onlardan 2 mini Fələstin anklavının ərazisinə düşüb".

"Azerinews.az" TASS-a istinadən xəbər verir ki, bunu xarici jurnalistlər üçün keçirdiyi brifinqdə İsrail hökumətinin sözçüsü Eylon Levi bildirib.

"2 mindən çox buraxılış uğursuz olub, bu mərmilərin əksəriyyəti Qəzza zolağına düşüb və əhəmiyyətli dağıntılara səbəb olub", - o qeyd edib.

Onun sözlərinə görə, Qəzza zolağında hərbi əməliyyatlar başlayandan bəri İsrail Müdafiə Ordusunun qoşunları HƏMAS komandirlərinin azı yarısını öldürüb: "Qoşunlarımız aviasiyanın dəstəyi ilə Qəzza zolağı daxilində irəliləməyə davam edir. HƏMAS-ın hərbi imkanları əhəmiyyətli dərəcədə azalıb".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031