Mirzoyan: Ermənistan Türkiyə ilə sərhədlərin açılmasını istəyir
Ermənistan Respublikası olaraq səmimi şəkildə (Türkiyə ilə-red.) tezliklə dövlət sərhədlərinin açılmasını istəyirik.
"Azerinews.az" xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 1-3 mart tarixlərində keçirilmiş Antalya Diplomatiya Forumu çərçivəsində “Anadolu” agentliyinin Türkiyə-Ermənistan və Ermənistan-Azərbaycan normallaşma proseslərinə dair suallarını cavablandırarkən deyib.
Mirzoyan sərhədlərinin açılmasının faydalı olacağını düşündüyünü bildirib.
Onun sözlərinə görə, əlaqələrin, o cümlədən iqtisadi əlaqələrin inkişaf etməsi ilk əvvəl insanlara faydalı olacaq və “Ermənistan vətəndaşlarının əksəriyyəti bunun fərqindədir”.