Kipr Ermənistanda diplomatik nümayəndəlik açacaq

7-03-2024, 16:11 3 dəfə baxılıb

 

Kipr Ermənistan paytaxtı İrəvan şəhərində diplomatik nümayəndəlik açacaq.

"Azerinews.az" xəbər verir ki, bunu Kipr Respublikasının xarici işlər naziri Konstantinos Kombos erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında çıxışı zamanı deyib.

Qeyd edək ki, dünən Kipr Respublikasının xarici işlər naziri Konstantinos Kombos Ermənistana iki günlük rəsmi səfərə gedib.

Bu gün Ermənistan və Kiprin xarici işlər nazirlərinin görüşü baş tutub. Tərəflər ölkələrarası münasibətləri və regional məsələləri müzakirə edib.

Xatırladaq ki, bundan əvvəl Fransa və Yunanıstan müdafiə nazirləri Ermənistana səfər edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031