USAID-in Qafqaz ofisinin fəaliyyəti qadağan edilib

8-12-2023, 10:33 5 dəfə baxılıb

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Qafqazdakı fəaliyyəti Gürcüstan ərazisi olan, qondarma Abxaziya Respublikasında qadağan edilib. Missiyanın rəhbəri Con A.Pennel bölgədən çıxarılıb.

"Azerinews.az" xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bundan əlavə, USAID-in maliyyə dəstəyi ilə layihələrin həyata keçirilməsi qadağan edilib.

Qeyd edilib ki, qondarma qurum qeyri-müəyyən olan, qeyri-dəqiq məlumatların olduğu layihələrin həyata keçirilməsinə razılıq verməyəcək.

“Məqsədi Abxaziyanın daxili və xarici siyasətlə bağlı məsələləri işıqlandırmaq olan media layihələrinin maliyyələşdirilməsi də qadağan edilib”, - qondarma qurumun Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930