Danimarkada qadınlar da əsgər gedəcəklər

14-03-2024, 01:47 77 dəfə baxılıb

 

Danimarka hökuməti məcburi hərbi xidməti qadınlara da şamil etmək niyyətindədir.

Bu barədə krallığın baş naziri Mette Frederiksenə istinadən məlumat yayılıb.

Məlumata görə, ölkə hakimiyyəti hərbi xidmət müddətini 11 aya qədər uzatmaq istəyir. Halbuki, hazırda çağırışçılardan dörd ay xidmət keçmək tələb olunur.

Bundan əlavə, Danimarka rəhbərliyi ümumilikdə çağırışçıların sayını artırmağı planlaşdırır. Rəsmi statistikaya əsasən, hazırda Danimarka Silahlı Qüvvələrində 4,7 minə yaxın vətəndaş məcburi xidmətdədir.

Hökumət başçısının sözlərinə görə, Kopenhagen onların sayını ən azı beş min nəfərə çatdırmağı düşünür.

Mənbə: The Associated Press






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031