Ermənistanda ehtiyatda olan hərbçilərə çağırış vərəqəsi göndərildi
Ermənistanda 2024-cü il aprelin 15-dən iyulun 15-dək ehtiyatda olan hərbçilərin təlim-məşq toplanışı keçiriləcək.
"Azerineüs.az" Ermənistan KİV-nə istinadən xəbər verir ki, təliblərə birinci və ikinci kateqoriyaya aid edilmiş sıravi, gizir və ehtiyatda olan zabitlər cəlb olunacaq.
Təlimlərdə 435-ə qədər ehtiyatda olan hərbçi iştirak edəcək. Onlardan 128-i sıravi və kiçik zabit, 9-u yüksək rütbəli zabit, 298-i isə zabitlər korpusunun ehtiyatda olan hərbçisidir.
Toplantı ümumi döyüş vərdişlərinin səviyyəsini, eləcə də ehtiyatda olan zabitlərin hazırlığını təmin etmək məqsədilə keçiriləcək.