Baş Qərargah rəisi Azərbaycan Ordusunun döyüş hazırlığını yüksək qiymətləndirib

25-01-2024, 14:52 5 dəfə baxılıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev yeni tədris dövrünə hazırlıq prosesinin gedişini yoxlayıb.

“Azerinews.az” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məruzə olunub ki, hazırlıq prosesi ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçirilir, bölmələrdə və təlim şəhərciklərində maddi-texniki və tədris bazası təkmilləşdirilir, döyüş texnikası və silahların sazlığı, eləcə də təchizatın varlığı yoxlanılır.

General-polkovnik K.Vəliyev "Gizir hazırlığı kursu"nun gedişi ilə də maraqlanıb.

Bildirilib ki, keçirilən məşğələlərdə əsas diqqət kursantların bilik və bacarıqlarının daha da artırılması, Azərbaycan Ordusunun arsenalında olan müasir silah, texnika, habelə digər döyüş vasitələrinin düzgün istismarı və effektiv tətbiqi qaydalarının öyrədilməsinə yönəldilib.

Hərbi hissələrdə şəxsi heyətlə görüşən general-polkovnik K.Vəliyev onların döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib, hərbi qulluqçulara yeni tədris dövründə uğurlar arzulayıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun yeni tədris dövrünün başlanması ilə əlaqədar tələb və göstərişlərini şəxsi heyətə çatdıran Baş Qərargah rəisi döyüş və fiziki hazırlıq üzrə tədbirlərin effektiv təşkili, eləcə də hərbi qulluqçuların peşəkarlığının daha da artırılmasına dair tapşırıqlar verib.

https://youtu.be/ctt2rxAvz1k






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031