Səhiyyə Nazirliyi milli səhiyyə sistemində müasir dövrün tələbi və innovativ düşüncə məhsulu olan Rəqəmsal Səhiyyə ekosisteminin tətbiqi ilə bağlı tədbirləri davam etdirir. Bununla əlaqədar, nazirlik yanvarın 16-da “Səhiyyə sisteminin transformasiyası çərçivəsində əczaçılıq sektorunun rəqəmsallaşdırılması” layihəsinin təqdimatını keçirib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri Andrey Sipilin, Milli Məclisin Səhiyyə Komitəsinin üzvləri, həmçinin Səhiyyə Nazirliyi və nazirliyin tabeliyində olan qurumların, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN” Xidmət), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), Əczaçılar Klubu İctimai Birliyinin, iri farmakologiya şəbəkələrinin, özəl klinikaların və Mərkəzi Rayon Xəstəxanaların rəhbər şəxsləri iştirak ediblər.
Rəqəmsal Səhiyyə ekosisteminin başlıca məqsədi vətəndaşlara keyfiyyətli, təhlükəsiz, etibarlı səhiyyə xidmətlərinə əlçatanlığın təmin edilməsidir. Rəqəmsal Səhiyyənin inkişafı vətəndaşın sağlamlıq tarixçəsi ilə bağlı müfəssəl məlumatları, o cümlədən xəstəliklər və müasir müalicə üsullarını vahid rəqəmsal platforma üzərində birləşdirərək bütün tibb müəssisələri üçün onlayn formatda əlçatanlığı təmin edəcək.
İctimai təqdimatda əvvəlcə rəqəmsal səhiyyəyə dair videoçarx nümayiş olunub.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda sosialyönümlü siyasətin aparılmasını giriş sözündə vurğulayan səhiyyə naziri Teymur Musayev bildirib: “Dövlət başçısının rəhbərlik etdiyi son 20 il ərzində rəqəmsal hökumətə keçidin sürətləndirilməsi, iqtisadiyyatın diversifikasiyası üzrə ardıcıl tədbirlərin görülməsi ölkəmizin regionda aparıcı söz sahibi kimi tanınmasını şərtləndirib”.
Nazir rəqəmsal texnologiyaların tibbi xidmət təminatçılarına və pasiyentlərə məlumatları əlçatan etməklə, ortaq qərar verməkdə həkim-pasiyent münasibətlərini fərqli səviyyəyə qaldırdığını diqqətə çatdırıb: “2023-cü ildən səhiyyənin rəqəmsal transformasiyası layihəsi çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən “Elektron epikriz” informasiya sistemi tətbiq edilir. Elektron epikriz sistemi vətəndaşların xəstəlik tarixlərindən çıxarışların vahid reyestrinin yaradılmasını təmin etməklə fərdin sağlamlıq məlumatlarının axtarışına və standart formada sənədlərin hazırlanmasına imkan yaradıb”.
“Bu gün Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış Elektron resept sisteminin və mobil tətbiqin, eləcə də “Təqib və izləmə sistemi”nin təqdimatı keçirilir. Hər iki informasiya sistemi əczaçılıq sektorunun rəqəmsallaşdırılması tədbirləri çərçivəsində “Dərman vasitələri haqqında Azərbaycan Respublikası Qanunu”na edilən əlavə və dəyişikliklərə uyğun olaraq hazırlanıb. Perspektivdə göstərilən dövlət xidmətlərindən məmnunluğun artırılması və keyfiyyətli tibbi xidmətlərin təmin edilməsi məqsədilə səhiyyənin rəqəmsal transformasiyası tədbirləri davam etdiriləcək”, - deyə Teymur Musayev fikrini tamamlayıb.
Təqdimatla çıxış edən səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov bildirib ki, səhiyyənin rəqəmsallaşdırılmasının əsas məqsədlərindən biri tibbi məlumatların müalicə zamanı qərar qəbuletmə prosesinə inteqrasiyasını təmin edərək, onları vahid səhiyyə informasiya sistemində mərkəzləşdirəcək. Bu isə, öz növbəsində tibb işçiləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin artırılması, eyni zamanda məlumatlara maneəsiz çıxışın təmin edilməsidir. “Rəqəmsal səhiyyə strategiyasının reallaşması ölkəmizdə müasir texnologiyaları və innovasiyaları dəstəkləyən rəqəmsal səhiyyə ekosistemini formalaşdıracaq. Bu, əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin tətbiqi, xəstəliklərin qarşısının alınmasında qabaqlayıcı texnologiyaların istifadəsi, hər bir vətəndaşın ehtiyacına uyğun yüksək keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığın artırılmasına imkan yaradacaq”, - deyə səhiyyə nazirinin müşaviri vurğulayıb.
Tədbirdə, həmçinin “TCHealth Information Technologies Ltd” (Türkiyə) şirkətinin məsləhətçisi Yusuf İzzet Akay və Səhiyyə Nazirliyin e-resept layihəsi üzrə baş məsləhətçi Üzeyir Qurbanlı təqdimatla çıxış ediblər.
Tədbir çərçivəsində rəqəmsal səhiyyə və “e-resept”ə dair videoçarxlar nümayiş olunub. Elektron resept sistemi həkim, pasiyent və əczaçılar üçün bir platforma üzərindən reseptlərin idarə olunması məqsədilə hazırlanan bir sistemdir. Eyni zamanda, e-resept vətəndaşların tibbi məlumatlarına əlçatanlığını, tibb mütəxəssislərinin daha effektiv xidmət göstərməsini təmin edir.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Milli Məclis Ağdərə rayonunun yaradılmasına razılıq verib
Sabunçu Tibb Mərkəzində Cərrahi profilli reanimasiya və Əməliyyat bloku istifadəyə verilib
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 22 məsələ var
Tbilisidə IV İpək Yolu Beynəlxalq Forumunda Azərbaycanın regiondakı rolu xüsusi qeyd olunub
DÇ-2026: Bürünc medal uğrunda İngiltərə–Fransa dueli
ANAMA kollektivi Heydər Əliyevin məzarını ziyarət edib
Bazar günü Bakıda 33 dərəcə isti olacaq
“Tasnim”: ABŞ-ın Hörmüzqan vilayətinə hücumunda 8 mülki şəxs ölüb
Bəhreyn İranın bir neçə hava zərbəsinin qarşısını aldığını bildirib
Küveytdə İranın zərbələrindən sonra elektrik stansiyası və duzsuzlaşdırma zavodu yanıb
İranın hücumlarına görə Küveyt aeroportunda bütün uçuşlar dayandırılıb
Ukrayna Tambov vilayətində logistika mərkəzini vurub, 7 nəfər ölüb
BDYPİ bütün yol hərəkəti iştirakçılarını diqqətli və məsuliyyətli olmağa çağırıb
Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşır
Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər
Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib
Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq
İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb
Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib
Bakının bir sıra yollarında tıxac yaranıb
İranda təxirə salınan quru əməliyyatı – İslam Respublikası hələ Venesuela deyil - ŞƏRH
Zelenski: Klimenko Ukraynanın müdafiə naziri postuna namizədlərdən biridir
Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq
Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb
Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Şəmkirdə 11 nəfər salatdan zəhərləndi
Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb
"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır
"Islamabad Post": IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub
Sabahdan Bakıda və rayonlarda külək güclənəcək
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Pelleqrini və Əsədov Slovakiya şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsini müzakirə ediblər
Bəhreyndə İranın dron və raket zərbələrinin dəf edildiyi bildirilib
Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq
Səfir: "Bir millət, iki dövlət" anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı
Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
İlham Əliyev Ərdoğana Türkiyədə "Demokratiya və Milli Birlik Günü" münasibətilə məktub ünvanlayıb
Kamran Əliyev Kəlbəcərdə vətəndaşları qəbul edəcək
Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib
Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır
Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb
UEFA reytinqi: "Sabah" Azərbaycanın əmsalını daha da artırıb
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib
Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb
Səhiyyə nazirinə yeni müavin təyin edilib
1 yaşlı qız yüksək hərarətdən vəfat etdi
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
Bu il “Avroviziya”nın 2-ci yarımfinalında çıxış edəcəyik - Fotolar
Elşad Xose həbs edildi.