Vilayət Eyvazov tapşırıqlar verdi - Fotolar

19-01-2024, 16:25 0 dəfə baxılıb

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2023-cü ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

“azerinews.az” xəbər verir ki, nazir V.Eyvazov tarixə “Heydər Əliyev ili” kimi daxil olan 2023-cü ilin Prezident İlham Əliyevin liderlik qabiliyyəti, siyasi əzmi, qətiyyəti, iradəsi nəticəsində Azərbaycanın işğala məruz qalan ölkədən zəfər ölkəsinə çevrildiyini, ərazi bütövlüyümüzün, suverenliyimizin tam təmin edildiyini, Qarabağda separatizmin kökünün birdəfəlik kəsildiyini vurğulayıb.

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi polis general-mayoru Əkbər İsmayılov  bildirib ki, ötən il paytaxtda qeydə alınan 15.759 cinayətin 82,8 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 17,2 faizi ağır və xüsusilə ağır növlər olub. 2022-ci illə müqayisədə hesabat dövründə ehtiyatsızlıqdan adam öldürmə 2 dəfə, ümumi cinayətlər 5,8, ağır və xüsusilə ağır cinayətlər 14,8, az ağır cinayətlər 5,7, soyğunçuluq 27,5, quldurluq 23 faiz azalıb, ümumilikdə 167 odlu silah, 65 qumbara, 3834 ədəd döyüş sursatı yığılıb, qanunsuz saxlanılan və gəzdirilən 78 odlu silah əməliyyat yolu ilə götürülüb.

Hesabat dövründə 49 soyğunçuluq və quldurluq cinayəti törədən 103 nəfərdən ibarət 42 qrup, eləcə də 56 mənzil oğurluğunda şübhəli bilinən 56 nəfərdən ibarət 26 cinayətkar qrup ifşa olunub, istintaqı tamamlanan cinayət işləri üzrə vətəndaşlara vurulan maddi ziyanın 76,6 faizinin (33 milyon 748 min 928 manat) ödətdirilməsi təmin olunub. 

General-polkovnik Vilayət Eyvazov 2023-cü ildə paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki xidməti fəaliyyətini ümumən müsbət qiymətləndirib. Konkret tapşırıq və tövsiyələrini verən nazir, Baş İdarənin və onun struktur qurumlarının rəislərindən 2024-cü ildə xidməti fəaliyyətdə əsas diqqəti şəxsi heyət arasında nizam-intizamın möhkəmləndirilməsinə, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınmasına, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin qətiyyətlə aparılmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı qorunmasına, ən əsası isə vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin olunmasına yönəltməyi tələb edib.

Əməliyyat müşavirəsində şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, habelə 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə təmin olunması ilə bağlı görülən işlərin vəziyyəti, vətəndaşların yaşayış yeri üzrə qanunamüvafiq olaraq qeydiyyata alınmaları ilə bağlı tədbirlərin görülməsinə dair göstərişlərin icrası nəzərdən nəzərdən keçirilməklə nazir müvafiq tapşırıqlar verib. 

Nazir vətəndaşların mənzil başına rahat və təhlükəsiz çatmaları üçün aidiyyəti orqanlarla birlikdə paytaxtda nəqliyyat sıxlığının və tıxacların qarşısının alınmasının, yolların kənarında qeyri-qanuni saxlanılan və nəqliyyatın normal axınına maneçilik törədən avtomobillərin kənarlaşdırılmasının, eləcə də sərnişindaşıma sahəsində olan nöqsanların aradan qaldırılmasının vacibliyinə toxunub.  

V.Eyvazov əmin olduğunu bildirib ki, Baş İdarənin şəxsi heyəti xidməti borcunu, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təminində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930