Paşinyan Qazaxla həmsərhəd olan Tavuş bölgəsinə gedib

18-03-2024, 13:37 104 dəfə baxılıb

 

Ermənistan Baş naziri Nikol Paşinyan Qazaxla həmsərhəd olan Tavuş bölgəsinə səfər edib.

"Azerinews.az" xəbər verir ki, bu barədə Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan məlumat yayıb.

Qeyd olunub ki, Paşinyan Qazax rayonu ilə həmsərhəd olan regiona səfəri çərçivəsində Əskipara, Bağanis və digər kəndlərdə yaşayan sakinlərlə görüşlər keçirir.

Qeyd edək ki, Paşinyan sonuncu mətbuat konfransı zamanı bildirib ki, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası Tavuş vilayətindən başlayacaq. O, mətbuat konfransında Tavuşa gedəcəyini və vəziyyəti yerində öyrənəcəyini də qeyd etmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031