Saakaşvili Zurabişviliyə çağırış edib

18-03-2024, 15:03 124 dəfə baxılıb

 

Bu gün Tbilisidə Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin növbəti məhkəmə prosesi keçirilib.

“Azerinews.az” “İnterfaks”a istinadən xəbər verir ki, gürcü siyasətçi dövlət büdcəsindən 3,3 milyon dollar vəsaitin xərclənməsi işi üzrə keçirilən prosesə müalicə aldığı “Vivamed” klinikasından onlayn qoşulub. 

Saakaşvili proses zamanı ölkə Prezidenti Salome Zurabişviliyə çağırış edərək ondan cari dövlət xərclərini açıqlamağı tələb edib:

“Bugünkü proses Gürcüstan tarixində və dünya miqyasında ən utancverici və absurd proseslərdən birinin davamıdır. Prezident Salome Zurabişvili bugünkü dövlət xərclərindən məxfilik qrifini götürə bilər və o zaman mənə qarşı məhkəmə prosesi avtomatik olaraq başa çatacaq”. 

Onun sözlərinə görə, vətəndaşlardan yüz minlərlə imza toplanmasına, Avropa Parlamentinin və avropalı siyasətçilərin müraciətinə baxmayaraq, Gürcüstan Prezidenti onun əfv edilməsi barədə aktı imzalamaqdan imtina edir. 

Xatırladaq ki, Saakaşvili 2021-ci il oktyabrın 1-i gizli şəkildə getdiyi Tbilisidə saxlanılıb. O, saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə “Vivamed” klinikasına köçürülüb. Gürcü siyasətçi iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub. O, hazırda az qidalanma səbəbindən yaranan kaxeksiya xəstəliyindən müalicə olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930