Rusiya səfirliyi: Bu ağrını bizimlə bölüşən azərbaycanlılara təşəkkür edirik

23-03-2024, 11:43 57 dəfə baxılıb

Bu terror aktına biganə qalmayanlara və bu ağrını bizimlə bölüşənlərə ürəkdən təşəkkür edirik.

“Azerinews.az” xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Yelizaveta Qlerezka bildirib.

“Martın 22-də Moskva vilayətindəki “Crocus City Hall”un konsert zalında baş verən dəhşətli faciə bizi şoka salıb. Ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onların dərdinə şərik oluruq. Azərbaycan sakinləri qanlı terror aktı qurbanlarının xatirəsini yad etmək üçün Rusiyanın Bakıdakı səfirliyinin binası önünə gül dəstələri düzürlər. Biganə qalmayanlara və bu ağrını bizimlə paylaşanlara ürəkdən təşəkkür edirik. Prezident İlham Əliyevin, eləcə də, Xarici İşlər Nazirliyinin, Nazirlər Kabinetinin adından başsağlığı da verilib”, - o vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930