Çilidə güclü zəlzələ olub
Çilinin şimalında 5,1 maqnitudalı zəlzələ olub.
“Azerinews.az” xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.
Bildirilib ki, yerli vaxtla 16:50-də qeydə alınmış yeraltı təkanların episentri Cənubi Amerika ölkəsinin Kuya yaşayış məntəqəsindən 33 km cənubda yerləşib. Verilənlərə əsasən, zəlzələnin ocağı 79,3 km dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: