Sincan-Uyğur Muxtar Rayonunda 5,8 maqnitudalı zəlzələ olub

30-01-2024, 11:46 2 dəfə baxılıb

 

Çinin Şərqi Türküstan regionu kimi tanınan Sincan-Uyğur Muxtar Rayonunda 5,8 maqnitudalı zəlzələ olub.

"Azerenews.az" xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzinin verilənlərindən məlum olub.

Verilənlərə görə, yeraltı təkanların episentri Çinin Ağsu qəzasından 125 km qərbdə, Qazaxıstanın Almatı şəhərindən isə 276 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 9 km dərinlikdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

Xatırladaq ki, sonuncu dəfə sözügedən bölgədə bir neçə nəfərin ölümü ilə nəticələnmiş güclü zəlzələ yanvarın 23-də olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930