Danimarkanın müdafiə naziri F-16-ların satışı ilə bağlı Argentinaya gedib

26-03-2024, 03:55 60 dəfə baxılıb

Danimarka Hərbi Hava Qüvvələrinin F-16 qırıcılarının bir hissəsi Ukraynaya göndəriləcək, qalanları böyük ehtimalla Argentinaya satılacaq.

"Azerinews.az"ın məlumatına görə, bunu Danimarkanın müdafiə naziri Troels Lund Pulsen potensial sövdələşmənin çərçivəsini müəyyən etmək üçün Buenos-Ayresə səfərə gedərkən deyib.

"Biz 19 təyyarəni Ukraynaya göndərmək qərarına gəldik, qalan 24 təyyarə potensial olaraq başqa ölkəyə satılacaq. İndi bu barədə Argentina ilə real danışıqlar aparırıq", - “Ritzau” agentliyi nazirin sözlərindən sitat gətirir.

Bu barədə məlumat uzun müddət gizli saxlanılırdı. Birləşmiş Ştatlar və F-16-nın istehsalçısı “Lockheed Martin” başqa ölkənin təyyarədən istifadəsinə icazə verməli olduğundan, təsdiqləmə prosesi vaxt aparıb.

Danimarka sövdələşmənin gələn ayın əvvəlində yekunlaşacağına ümid edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930