Danimarka Ukraynaya 19 ədəd F-16 qırıcısı tədarük edəcək

22-02-2024, 16:37 2 dəfə baxılıb

 

Danimarka Ukraynaya bu ilin yayında 19 ədəd F-16 qırıcıları tədarük edəcək.

"Azerinews.az" xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Ukrayna Rusiya ordusunun səmada üstünlüyünə qarşı çıxmaq üçün Amerika istehsalı olan F-16 qırıcılarından istifadə etmək istəyir.

ABŞ tərəfi bu ilin yayında ukraynalı pilotların təlimləri başa çatana qədər F-16 qırıcılarının Danimarka və Niderlanddan Ukraynaya təhvil verilməsini təsdiqləyib.

Niderland hökuməti də ötən ilin avqustunda Ukraynaya F-16 qırıcılarının göndəriləcəyini açıqlayıb və Krallıq ukraynalı pilotlara təlimlər keçirildiyini qeyd edib, lakin 42 təyyarənin nə vaxt tədarük ediləcəyini açıqlamayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930