KİV: Ukrayna ordusu Rusiyanın kəşfiyyat və nəqliyyat təyyarəsini vurub

15-01-2024, 22:30 5 dəfə baxılıb

Ukrayna hərbçiləri Azov dənizi üzərində hava məkanında Rusiyanın “A-50” uzaq radiolokasiya müəyyən və idarə edilməsi təyyarəsini, həmçinin “İL-22M” hava komandanlığı təyyarəsini vurub.

Bu barədə Ukrayna mətbuatı xəbər yayıb.

Bildirilir ki, “A-50” təyyarəsi Zaporojye vilayətinin Kirillovka kəndi ərazisində növbəyə başlayanda vurulub. Zərbədən sonra təyyarənin komandanlıqla əlaqəsi kəsilib. Daha sonra Rusiya Aerokosmik Qüvvələrinin “Su-30” qırıcısının pilotu yanğın yeri və naməlum təyyarənin qalıqlarını aşkar edib.

Digər təyyarə “İl-22M11”  Xerson vilayətinin Strelkovoye kəndi ərazisində növbətçilik edib. Vurulduqdan sonra təyyarənin heyəti Krasnodar vilayətinin Anapa şəhərinə çatmağa çalışıb, oradan təxliyə, təcili yardım və yanğınsöndürmə maşını çağırıb.

Rusiya hərbi nəşrləri, o cümlədən aviasiya ilə bağlı “Fighterbomber” kanalı “A-50”nin itirildiyini və “İl-22M”nin zədələnməsini təsdiqləyirlər. Müdafiə Nazirliyinə yaxın olan “Rıbar” yazıb ki, əgər məlumat təsdiqlənərsə, bu, Rusiya Aerokosmik Qüvvələri və Hava Hücumundan Müdafiəsi üçün növbəti qara günə çevriləcək.

Ukrayna və Rusiyanın Müdafiə nazirlikləri hələlik məlumatı rəsmi şərh etməyiblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930