Rusiyaya məxsus 2 təyyarənin Ukrayna tərəfindən vurulması ilə bağlı hər hansı məlumata sahib deyilik

15-01-2024, 16:45 4 dəfə baxılıb

 

Kreml Azov dənizində Rusiyaya məxsus 2 təyyarənin Ukrayna tərəfindən vurulması ilə bağlı hər hansı məlumata sahib olmadığını açıqlayıb.

“azerinews.az” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov danışıb.

O, həmçinin sözügedən mövzunun xüsusi hərbi əməliyyata aid olduğunu bildirib və jurnalistlərə bununla bağlı Müdafiə Nazirliyinə müraciət etməyi tövsiyə edib. 

Xatırladaq ki, Ukrayna mediası Azov dənizi üzərində Rusiyaya məxsus “A-50” kəşfiyyat və “İl-22M” bombardmançı təyyarələrinin vurulduğunu yazıb. Rusiya MN məsələni rəsmi olaraq şərh etməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031