KİV: Ermənistan Ciliza kəndini Gürcüstana qaytarmağa hazırlaşır

27-03-2024, 12:20 183 dəfə baxılıb

Ermənistan Ciliza kəndini Gürcüstana qaytarmağa hazırlaşır.

“Azerinews.az” xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti yazıb.

Qeyd olunub ki, Ermənistan təkcə Azərbaycanla deyil, həm də Gürcüstanla sərhədlərin demarkasiyasına hazırdır: “Buraya xüsusilə Alaverdu bölgəsində yerləşən Gürcüstan sərhədindəki Ciliza kəndi aiddir”.

Bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyan gürcü həmkarı İrakli Kobaxidze ilə görüşündə də bu məsələni müzakirə edib.

Xatırladaq ki, Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiya və demarkasiya məsələsini 1992-ci ildən müzakirə edir. 1996-cı ildən isə iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya komissiyaları fəaliyyət göstərir, amma bu istiqamətdə işlər ləng gedir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031