“Crocus City Hall”da baş verən terror aktında xəsarət alanların sayı 360 nəfərə çatıb

27-03-2024, 12:30 196 dəfə baxılıb

Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da baş verən terror aktında xəsarət alanların sayı 360 nəfərə çatıb.

“Azerinews.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Tibbi Fəlakətlər Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, terror aktı nəticəsində 11-i uşaq olmaqla 360 nəfər yaralanıb.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da terror aktı baş verib. Hadisə nəticəsində 139 nəfər ölüb. Rusiya Prezidenti Vladimir Putin sifarişçilərin və icraçıların tapılaraq cəzalandırılacağını bildirib. İŞİD terror hadisəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031