ABŞ-də “TikTok”la bağlı qanun layihəsi qəbul edildi

1-04-2024, 20:00 104 dəfə baxılıb

 

ABŞ “TikTok”un ölkədə bloklanmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Hakimiyyət orqanları hesab edirlər ki, Çin şirkəti amerikalı gəncləri izləyir və prezident seçkisinə təsir edə bilər. Sosial şəbəkənin köməyi ilə Çin kəşfiyyat xidmətləri lazım olan bütün məlumatları əldə edirlər.

“ABŞ-nin ən böyük rəqibi ölkədə dominant media platformasına nəzarət edə bilməz. “TikTok” Çin Kommunist Partiyası tərəfindən idarə olunan “ByteDance” ilə əlaqələrinə son verməsə, şəbəkənin ABŞ-də “istifadə müddəti” başa çatıb”, - deyə ABŞ Nümayəndələr Palatasının üzvü Mayk Qallaxer bildirib.

Qeyd edək ki, ABŞ “TikTok”un ana şirkəti olan “ByteDance”in öz servisini başqa istifadəçiyə satmasında israrlıdır. Əks halda 170 milyon istifadəçi bloklanacaq. Lakin şirkətin sahibləri, çətin ki, bu addımı atsınlar.

Mənbə: NEWS.ru “Telegram” 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031