Qətər “HƏMAS”ın Dohadakı qərargahını bağlamayacaq

29-10-2023, 12:10 10 dəfə baxılıb

 HƏMAS”ın Dohadakı qərargahını bağlamayacaq

Qətər “HƏMAS”ın Dohadakı qərargahını bağlamayacaq

Qətər oktyabrın 7-də İsrailə hücumdan sonra Fələstinin radikal “HƏMAS” hərəkatının Siyasi Bürosunun Dohadakı qərargahını bağlamaq niyyətində deyil. Çünki bu kommunikasiya kanalı hazırda Qəzzada saxlanılan girovların azad edilməsi üzrə danışıqlar və hərbi əməliyyatların gərginləşdirilməsinə qarşı yönəlmiş səylər üçün vacibdir.

“Azerinews.az” xəbər verir ki, bunu “CNN” telekanalına açıqlamasında Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari deyib.

Onun sözlərinə görə, rabitə kanalı müəyyən vaxtlarda Fələstin-İsrail arasında gərginliyin qarşısını almaqda mühüm rol oynayıb:

“İndi bu, cari eskalasiya zamanı faydalıdır. Bu, girovların azad edilməsinə və onların ailələrinə qaytarılmasına vasitəçilik edə biləcəyimiz yeganə yoldur”.

Qətərli diplomat qeyd edib ki, İsrail qüvvələrinin Qəzza zolağında davam edən yerüstü əməliyyatı Dohanın Fələstin anklavında saxlanılan girovları azad etmək səylərini xeyli çətinləşdirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031