Qazaxıstanda geniş daşqınlar səbəbindən beş mini uşaq olmaqla, 14 minə yaxın insanı təxliyə olunub

1-04-2024, 17:27 221 dəfə baxılıb

 Martın əvvəlindən Qazaxıstanda geniş daşqınlar səbəbindən mülki müdafiə mütəxəssisləri beş mini uşaq olmaqla, 14 minə yaxın insanı təxliyə etməli olublar.

Məlumata görə, ümumilikdə 13 659 nəfər xilas edilərək təhlükəsiz ərazilərə çatdırılıb, onlardan 5 250 nəfəri uşaqdır. 1 655 nəfər (o cümlədən 424 uşaq) helikopterlə təxliyə edilməli olub.

Aqtöbe, Qərbi Qazaxıstan, Akmola, Atırau və Kostanay vilayətlərində müvəqqəti yerləşdirmə mərkəzlərində 6 034 nəfər, o cümlədən 2 386 uşaq var.

Xilasedicilər kənd təsərrüfatı heyvanlarına da qulluq ediblər: 10 mindən çox heyvan təhlükəsiz yerlərə aparılıb.

Mənbə: Gazeta.ru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031