Bayden “persona non grata” elan edilib

2-04-2024, 23:00 90 dəfə baxılıb

 

Macarıstanın Fundamental Hüquqlar Mərkəzi aprel ayında Budapeştdə keçiriləcək Mühafizəkarların Siyasi Fəaliyyət Konfransı (CPAC) üçün ABŞ Prezidenti Co Baydeni “persona non grata” elan edib.

Bu barədə mərkəzin nümayəndələri “Facebook”da yazıblar.

“Macarıstanda CPAC qonaqları üçün əsas tələb səhnədə itməməkdir. Co Bayden minimum şərtləri yerinə yetirməyə hazır deyil”, - deyə tədbir təşkilatçıları zarafatyana qeyd ediblər.

Onlar, həmçinin Baydenin şəklini qoyaraq, “persona non grata” sözlərini yazıblar.

Xatırladaq ki, martın 9-da Macarıstanın Baş naziri Viktor Orban Baydenin Ağ Ev rəhbəri postuna əsas rəqibi, ABŞ-nin keçmiş prezidenti Donald Trampla görüşüb. Bundan sonra Macarıstan hökumətinin başçısı Trampın 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkisində qalib gəlməsinin bütün dünya üçün daha yaxşı olacağını bildirib.

Mənbə: ren.tv






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930