Qazaxıstan Qələbə Günü münasibətilə hərbi paradı ləğv edib

3-04-2024, 11:18 212 dəfə baxılıb

 Qazaxıstan Müdafiə Nazirliyi bu il mayın 7-də qeyd olunan Vətənin Müdafiəçisi Günü və 9 May Qələbə Gününə həsr olunmuş hərbi parad keçirməyi planlaşdırmır.

 

"Azerinews.az" xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb. 

 

"Büdcə vəsaitlərinə qənaət etmək, eləcə də digər problemlərin həlli zərurəti ilə əlaqədar olaraq 2024-cü ildə Qazaxıstanda hərbi paradın keçirilməsi nəzərdə tutulmayıb", - məlumatda qeyd olunub.

 

İzah edilir ki, prioritet vəzifələr ölkə Silahlı Qüvvələrinin bölmələrinin döyüş hazırlığının və mobilliyinin lazımi səviyyədə saxlanılmasıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930