Gürcüstan parlamentdə yenidən xarici agentlər haqqında qanun layihəsini irəli sürməyə hazırlaşır

3-04-2024, 12:20 148 dəfə baxılıb

 Gürcüstan hakimiyyəti parlamentdə yenidən xarici agentlər haqqında qanun layihəsini irəli sürməyə hazırlaşır.

 "Azerinews.az" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə brifinqdə hakim “Gürcü Arzusu” Partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib.

 Xatırladaq ki, ötən ilin martında qanun layihəsi gündəmə gəldiyi vaxt bu, genişmiqyaslı etirazlara səbəb olmuşdu. Nəticədə hakimiyyət geri addım atmışdı.

 “Cəmiyyət bu qanunda nə yazıldığını bilməlidir, burada yeganə tələb ildə bir dəfə bəyannamə doldurmaq, xaricdən maliyyə alan təşkilatın maliyyə hesabatını dərc etməkdir, onun pozulmasına görə müəyyən cərimələr nəzərdə tutulur”, - deyə Mamuka Mdinaradze deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031