İranda daha bir polis öldürüldü

10-01-2024, 12:52 7 dəfə baxılıb

Dünən gecə saatlarında İranın Sistan və Bəlucistan əyalətinin Rask şəhərində polis bölməsinə silahlı hücum edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Verilən məlumata görə, baş verən silahlı toqquşma nəticəsində Əmirhüseyn Hüseynabadi adlı FƏRACA (İranın Hüquq-Mühafizə Qüvvələrinin Komandanlığı) polis heyətinin əməkdaşı öldürülüb.

Qeyd olunur ki, şəhərdə gecə boyu eşidilən atışma səsləri üç saat davam edib.

Xatırladaq ki, ötən ilin dekabrın 15-də bir qrup silahlı şəxs İranın cənub-şərqində yerləşən Rask şəhərində polis idarəsinə hücum edib. Nəticədə 12 polis əməkdaşı öldürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031