“Crocus”dakı terror aktında ölən uşaqların sayı artdı

3-04-2024, 13:04 139 dəfə baxılıb

 

Moskva vilayətində “Crocus City Hall”da baş vermiş faciə nəticəsində ölən uşaqların sayı altıya yüksəlib.

Bu barədə Rusiya Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, xəstəxanada indi beş uşaq var.

“Hazırda bizdə altı uşağın dünyasını dəyişdiyi, yeddisinin yaralandığı barədə məlumatlar var. Onlardan ikisi artıq evdə müalicə olunur. Beşi isə xəstəxanadadır: ikisinin vəziyyəti ağır, üçünün vəziyyəti orta ağırdır”, - deyə o, bildirib.

Beləliklə, “Crocus” terrorunda ölənlərin ümumi sayı 145-ə çatıb.

O, həmçinin bildirib ki, terror aktından sonra səkkiz uşaq yetim qalıb, onlar yaxınlarının himayəsinə verilib.

Xatırladaq ki, martın 22-də Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Hadisə nəticəsində həmçinin 550-dən çox insan yaralanıb. Terrorçular həbs olunublar. İstintaq davam edir.

Mənbə: TASS






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930