Vladimir Zelenski Baltikyanı ölkələrə səfərə gedib

10-01-2024, 13:05 1 dəfə baxılıb

Ukrayna Prezidenti Vladimir Zelenski Baltikyanı ölkələrə ( Estoniya Latviya Litva - red.) səfərə gedib.

"azerinews.az" xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı "X" hesabında paylaşım edib.


Estoniya, Latviya və Litvanı Ukraynanın etibarlı dostu və prinsipial tərəfdaşı adlandıran Prezident Zelenski Vilnüsə getdiyini və bunun ardınca Tallin və Riqaya da səfərlər edəcəyini deyib.

Zelenski Litva Prezident, Baş naziri, Seymin sədri ilə danışıqlar aparacağını həmçinin litvalı siyasətçilər, media və Ukrayna ictimaiyyəti ilə görüşəcəyini əlavə edib.

"Təhlükəsizlik, Aİ və NATO-ya inteqrasiya, elektron müharibə və PUA-larla bağlı əməkdaşlıq və Avropa dəstəyinin gələcək koordinasiyası gündəmdə olan mövzulardır. Amma hər şeydən 2014-cü ildən bəri və xüsusən indi, Rusiyanın genişmiqyaslı təcavüzü zamanı Ukraynaya güzəştsiz dəstəyinə görə onlara təşəkkür edirik", Zelenski paylaşımında qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930