“Crocus City Hall”da törədilən terror aktı ilə bağlı daha üç nəfər saxlanılıb

4-04-2024, 17:23 108 dəfə baxılıb

Rusiya Federal Təhlükəsizlik Xidməti Moskva, Yekaterinburq və Omskda “Crocus City Hall”da baş vermiş terror aktında iştirak edən daha üç nəfəri saxlayıb.

"Azerinews.az" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya FTX məlumat yayıb.

“Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Moskva, Yekaterinburq və Omsk şəhərlərində 2024-cü il martın 22-də törədilmiş terror aktında iştirak edən 1 Rusiya vətəndaşını və 2 xarici vətəndaşı - Mərkəzi Asiya regionundan olan mühacirləri saxlayıb”, - məlumatda qeyd olunub.

Qeyd edilib ki, saxlanılanların ikisi terror aktında istifadə olunan odlu silah və nəqliyyat vasitələri almaq üçün pul köçürüblər. Üçüncü şəxs isə terror hücumunda iştirak edən şəxsləri toplayıb və onu törədənləri maliyyələşdirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031