Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

2-04-2024, 14:59 54 dəfə baxılıb

 

Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb.

Bu barədə Omsk hava limanının mətbuat xidməti “Telegram” kanalında məlumat verib.

“Bu gün Bakı-Omsk reysinin ilk sərnişinlərini şəhərimizə çatdıran “İrAero” aviaşirkətinin təyyarəsi Omsk hava limanına enib. Bir saatdan bir qədər sonra Omsk sakinləri Xəzər dənizinin sahillərinə, Azərbaycanın paytaxtına yola düşdülər. Xatırladaq ki, Bakı-Omsk-Bakı reysi 10 il idi reys cədvəlində deyildi. Ona görə də bunu inamla çoxdan gözlənilən hadisə adlandırmaq olar”, - deyə məlumatda bildirilib.

Azərbaycandan gedən qonaqları Omsk vilayətinin Turizm İnformasiya Mərkəzinin əməkdaşları qarşılayıblar. Əməkdaşlar Omsk şəhərinin turizm xəritələrini və regionun maraqlı yerləri ilə bağlı bələdçi kağızlarını paylayıblar. Qayıdış reysi üçün qeydiyyatdan keçməyə gələn sərnişinlər Omsk hava limanının baş direktoru Oleq Seliverstovdan suvenirlər və biznes salonunda xidmət üçün sertifikatlar alıblar.

Uçuşlar həftədə bir dəfə “Superjet 100” vasitəsilə həyata keçirilir. Təyyarə çərşənbə axşamı günü Omsk şəhərinə çatır və demək olar ki, dərhal əks istiqamətə uçur. Səyahət vaxtı 3,5 saat təşkil edir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930