Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır

14-03-2024, 16:02 79 dəfə baxılıb

 

Rusiyanın “İrAero” aviaşirkəti Ufadan Bakıya birbaşa müntəzəm uçuşlar həyata keçirəcək.

Bu barədə şirkətdən xəbər verilib.

Bildirilib ki, Başqırdıstanın paytaxtından Azərbaycanın paytaxtına ilk uçuş 2024-cü il aprelin 4-də həyata keçiriləcək.

Uçuşlar həftədə bir dəfə - cümə axşamı günlərinə planlaşdırılır.

Təyyarə Bakıdan yerli vaxtla səhər saat 06:20-də yola düşəcək və saat 10:00-da Ufa hava limanına enəcək. Daha sonra saat 11:00-da Başqırdıstandan havaya qalxan təyyarə saat 12:40-da Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportuna çatacaq. Şəhərlər arasında səyahət müddəti 2 saat 40 dəqiqədir.

O da qeyd olunub ki, Ufa-Bakı reyslərinə biletləri aviaşirkətin rəsmi saytından və agentlərdən əldə etmək olar. Birtərəfli uçuşda ən büdcəli tarif qiyməti təxminən 13 000 rubl (təxminən 240 manat) təşkil edir (baqajla uçuşun qiymətidir).

Məlumatda vurğulanıb ki, Rusiya vətəndaşları Azərbaycana səfər etmək üçün ölkədə 90 gündən artıq qalmaq niyyətində deyillərsə, vizaya ehtiyac yoxdur.

Xatırladaq ki, hazırda “Azerbaijan Airlines” və “Utair” də analoji uçuş proqramı həyata keçirir.

Bundan əvvəl xəbər verilib ki, aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Həmçinin  “İrAero” aviaşirkəti Krasnoyarskdan Azərbaycana əlavə reys açır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930