AZAL Novruz ərəfəsində Avropaya uçuşları artırır

16-01-2024, 19:30 2 dəfə baxılıb

 

Azərbaycanın milli aviadaşıyıcısı AZAL mart ayından Novruz bayramı ərəfəsindən etibarən Avropaya yerinə yetirilən uçuşların tezliyini artırır. Biletləri indi əldə edin və Avropanın maraqlı şəhərlərinə səyahət etmək imkanını qaçırmayın.

“azerinews.az” xəbər verir ki, aşağıdakı istiqamətlər üzrə reyslər qeyd olunan uçuş cədvəlinə uyğun olaraq, həyata keçiriləcək:

- Barselona: çərşənbə axşamı, cümə axşamı, bazar günləri (14 martdan).

- Vyana: çərşənbə axşamı, cümə, şənbə günləri (16 martdan).

  • Praqa: bazar ertəsi, cümə, şənbə günləri (16 martdan).
  • - Paris: çərşənbə axşamı, cümə, bazar günləri (17–29 mart), çərşənbə axşamı, cümə axşamı, cümə, bazar günləri (31 martdan).

    - Milan: bazar ertəsi, çərşənbə, cümə axşamı, şənbə, bazar günləri (17 martdan).

    - London (Hitrou hava limanı): çərşənbə axşamı, cümə axşamı, şənbə günləri (14 martdan).

    - London (Qetvik hava limanı): çərşənbə, cümə, bazar günləri (17 martdan).

    Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə edə bilərsiniz.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031