Omskun turizm şirkətləri Bakıya turpaketlər təklif etməyə başlayıb

25-03-2024, 10:43 92 dəfə baxılıb

Rusiyanın Omsk vilayətinin turizm şirkətləri Bakı şəhərinə bir həftəlik turpaketlər təklif etməyə başlayıb.

“Azerinews.az” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Omsk hava limanının mətbuat xidmətinin məlumatına əsasən, “IrAero” aviaşirkəti aprelin 2-dən Omsk-Bakı marşrutu üzrə ilk uçuşunu həyata keçirəcək. Uçuşlar həftədə bir dəfə “Superjet 100” təyyarəsi ilə həyata keçiriləcək. Təyyarə çərşənbə axşamı saat 02:50-də Omska çatacaq və yerli vaxtla saat 04:00 radələrində əks istiqamətdə yola düşəcək.

Bir həftəlik turpaketlərin qiyməti 48 690 rubl (528,46 ABŞ dolları). Bu qiymətə təyyarə bileti, qonaqlama, transfer və tibbi sığorta daxildir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930