Nazarbayevin qardaşı oğlu dövlətə 1,45 milyard dollar qaytarıb

10-01-2024, 13:57 8 dəfə baxılıb

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldı dövlətə 650 milyard təngə (1,45 milyard dollar) vəsait qaytarıb.

Bu barədə Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin rəsmi nümayəndəsi Arman Tleukenov brifinqdə məlumat verib.

“Cinayət yolu ilə, qanunsuz əməllərdən əldə etdiyi gəlirlərdən istifadə edərək, Kayrat Satıbaldı xaricdə də daxil olmaqla müxtəlif əmlaklar əldə edib, Qazaxıstanda və xaricdə banklarda pul yerləşdirib”, - Tleukenov əlavə edib.

Qeyd edək ki, 2022-ci ilin mart ayında həbs olunan Kayrat Satıbaldı altı il müddətinə azadlıqdan məhrum edilib.

Mənbə: Sputnik Qazaxıstan






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031